“Gizli Ölüm Toxumları” kitabı təqdim edilib

0

“Gizli Ölüm Toxumları” kitabının təqdimatı olub.

 

APA xəbər verir ki, təqdimatda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak edib.

Təqdimatda çıxış edən Prezident Administrasiyasının əməkdaşı Sultan Hacıyev deyib ki, Azərbaycan minaların nə olduğunu bilir, minalarla bağlı ağrılı təcrübəni yaşayıb: “Hər həftə mina qurbanları ilə bağlı xəbərlər alırıq. Azərbaycan minlarla ən çox çirklənmiş ölkələr arasındadır”.

O vurğulayıb ki, 30 il ərzində Ermənistan tərəfi işğal etdiyi əraziləri minalarla çirkləndirib, bu, həmin ərazilərdə həyatın, yaşayışın qarşınını almaq məqsədi daşıyıb: “Minatəmizləmə mürəkkəb, ağır prosesdir, mən əminəm ki, Azərbaycan bütün çətinliklərin öhdəsindən gəldiyi kimi bu problemin də öhdəsindən gələcək. Mən əminəm ki, bu kitab səmərli istifadə ediləcək, bu problem dünyaya çatdırılacaq, Azərbaycanın necə çətinliklərlə üzləşdiyini bəyan edəcək.

Mən əminəm ki, Azərbaycan minatəmizləmənin öhdəsindən gələcək. Bizə bu problemlə mübarizədə dəstək verdiklərinə görə beynəlxalq donorlarımıza minnətdarıq və ümid edirik ki, onlar bizə bu işdə dəstək verməyə davam edəcəklər”.

Xarici işlər nazirinin müavini Fariz Rzayev çıxışında deyib ki, bu kitab fotolar vasitəsilə Azərbaycanın nələrdən keçdiyini, minaların ağır izlərini özündə nümayiş etdirir.

Diplomat deyib ki, Azərbaycan əraziləri 30 il ərzində fəal şəkildə Ermənistan tərəfindən minalanıb, 1,5 milyon mina bu ərazilərə yerləşdirilib: “Ermənistan hələ də Azərbaycan ərazilərinə mina yerləşdirir, mülki əhalini hədəf alır.

Postmünaqişə dövründə 160 mina partlayışı qeydə alınıb ki, bunun nəticəsində 50 nəfər ölüb, 237 nəfər yaralınıb.

Ermənistan hələ də tam və dəqiq mina xəritələrini yaymaqdan imtina edir. Bu, sülh səylərinə mane olur.

Mina çirklənməsi Azərbaycan hökumətinin genişmiqyaslı yenidənqurma işlərini tam sürətlə həyata keçirməsinə imkan vermir. Ancaq bütün bunlar bizi dayandırmayacaq.

Mən əminəm ki, bu kitab Azərbaycan həqiqətlərini, postmünaqişə reallıqlarını dünyaya çatdıracaq. Regionda barışıq və sülh istəyənlər Azərbaycanın bu humanitar səylərinə dəstək verməlidir”.

Tədbirdə çıxış edən ANAMA sədri Vüqar Süleymanov deyib ki, dünyada 70-dən çox ölkə mina problemi ilə üzləşib ki, Azərbaycan da bu ölkələr sırasında ən çox minalanmaya məruz qalan ölkələr sırasında ilk yerlərdə dayanır.

O deyib ki postmünaqişə dövründə 75 min hektardan çox ərazi minalardan təmizlənib. 85 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zəzərsizləşdirirb: “Azərbaycan minatəmizləməni öz daxili imkanları hesabına aparır. Verilən beynəlxalq dəstək bu problemin həcminə və miqyasına kifayət etmir. Eyni zamanda mən bizə dəstək verən beynəlxalq tərəfdaşlara minətdaram. Məqsədimiz bu kitab vasitəsilə Azərbaycanın üzləşdiyi problemi dünya ictimaiyyətinə çatdırmaqdır”.

“Gizli Ölüm Toxumları" kitabı təqdim edilib - FOTO

“Gizli Ölüm Toxumları" kitabı təqdim edilib - FOTO

“Gizli Ölüm Toxumları" kitabı təqdim edilib - FOTO

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »