Baş Prokurorluq Akif Çovdarovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı qərardan protest verib
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarından əmlakın xüsusi müsadirədən azad olunması ilə bağlı hissədə Baş Prokurorluq tərəfindən kassasiya protesti verilib.
Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.