Parisdə ikinci Eyfel

0

Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin 1/10 ölçüsündə daha biri tikilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu, dünyaca məşhur Eyfel qülləsindən 200 metr irəlidə yerləşib.

1 aprel zarafatı olduğu düşünülən qüllənin zarafat üçün tikilmədiyi məlum olub.

Eyfela adlı qüllənin Filip Maindron tərəfindən inşa edildiyi və aprelin 10-na qədər sərgilənəcəyi açıqlanıb.

Qüllənin aşağısında yazılmış qeyddə, “Doğum xəbəri, adım Eyfeladır. 1 aprel 2023-cü il şənbə günü saat 05:25-də Parisdə anadan olmuşam. Boyum 32 metr, ağırlığım 23 tondur. Anam çox sevindi”, – sözləri yazılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »