“Millət vəkili ilə dialoq” adlı platformasının növbəti görüşü keçirilib – Foto +VİDEO

0

“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrin millət vəkilləri ilə görüşü nəzərdə tutulan “Millət vəkili ilə dialoq” adlı platformasının növbəti görüşü Milli Məclisin Gənclər və idman komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramil Həsənlə olub.  

İctimairey.az xəbər verir ki, ilk öncə layihə rəhbəri Könül Quliyeva layihənin məqsəd, vəzifələri, görüləcək işlərlə bağlı qısa məlumat verib. Daha sonra Bakı Slavyan Universitetində İngilis dili və ədəbiyyatı ixtisasının 1-ci kurs tələbəsi Rəvan Məmmədli və Bakı Slavyan Universiteti Təhsil fakültəsinin Məktəbəqədər təhsil ixtisasının birinci kurs tələbəsi Xədicə Əmirova ilə görüşən millət vəkili Azərbaycan dövlətinin həyata keçirdiyi daxili siyasətin mühüm tərkib hissəsi olan gənclər siyasəti nəticəsində təhsilalanların ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynamalarıdan bəhs edib.

Millət vəkili qeyd edib ki, dövlətin gənclərin ictimai fəallığının təmin edilməsi üçün yaratdığı geniş imkanlar nəticəsində müasir Azərbaycan gəncliyi cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Millət vəkili ölkə gənclərinin, xüsusilə də təhsilalanların ictimai fəallığına münasibət bildirərək mövzuya aid məsələləri müzakirə edib, həmçinin onların həlli yolları barədə öz fikirlərini bölüşüb. Millət vəkili müasir dövrdə cəmiyyəti, xüsusilə də gəncləri düşündürən aktual problemlərlə bağlı tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »