Həyat yoldaşı Fazil Mustafanın son durumunu AÇIQLADI

0

Ötən həftə yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafanın vəziyyəti qaydasındadır.

Bunu Modern.az-a açıqlamasında deputatın həyat yoldaşı Zülfiyyə Mustafayeva bildirib.

“Şükür Allaha, bu gün vəziyyəti yaxşıdır, stabildir. Biz hələ ki xəstəxanadayıq. Evə nə zaman buraxılacağı ilə bağlı həkimlər hər hansı məlumat verməyiblər. Biz ayrı palatalarda qalırıq, həkimlər çox adamı xəstənin yanında qalmağa qoymur”, – deyə deputatın xanımı vurğulayıb.

Qeyd edək ki, martın 28-i axşam saaatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.

Ötən gün keçirilən əməliyyat nəticəsində cinayətdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »