Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Qumbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran rayonunun Qumbaşı kənd sakini, 1988-ci il təvəllüdlü İlkin Natiq oğlu Əzimov ağır kəllə-beyin travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına qəbul olunub. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.