Gecə saatlarında Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiya tərəfindən buraxılan İranın 10 “Shahed” zərbə PUA-sından 9-nu məhv edib.
Modern.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilib ki, Rusiya şimal istiqamətindən – Bryansk vilayətindən kamikadze dronlarla hücuma keçiblər.
Səmada 5-ə qədər digər hava hədəfləri də qeydə alınıb.