Kral Çarlz Almaniya parlamentində çıxış edən ilk Britaniya monarxı oldu

0

Xəbər verdiyimiz kimi, Böyük Britaniya kralı III Çarlz taxta çıxdıqdan sonra ilk xaricə səfəri çərçivəsində Almaniyaya gedib.  

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Çarlz ötən gün Almaniya parlamentində çıxış edən ilk Britaniya monarxı olub.

O, parlamentdə çıxış edərkən Berlində olmaqdan qürur duyduğunu deyib. Ukraynadakı müharibəni müzakirə edərək ölkələrin Kiyevə dəstəyini yüksək qiymətləndirib.

Çarlzın sözlərinə görə, bu müharibə ilə insan azadlığı və ləyaqəti ən qəddar şəkildə tapdalanıb.

Xatırladaq ki, o, bu gün Hamburqa gedəcək və oradakı ibtidai məktəbə baş çəkəcək.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »