ABŞ-ın Hərbi Hava Qüvvələri hazırda 540-dan çox F-35 qırıcısına malikdir. Lakin onların yalnız 53,1%-i döyüş tapşırıqları üçün yararlıdır.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“F-35 qırıcılarının yarıdan çoxu təlim və döyüş növlərini keçirməyə hazırdır. Amma onlardan 30%-dən az hissəsi bütün tapşırıqları yerinə yetirə bilir”, – məlumatda deyilir.
Faktı Hərbi Hava Qüvvələrinin generalı Maykl Şmidt də təsdiqləyib:
“Düşünürəm ki, bu, sadəcə olaraq qəbuledilməzdir. Mənim əsas prioritetim mümkün qədər hazır olmaqdır. İl ərzində qırıcıların hazırlıq səviyyəsini ən azı 10% artırmalıyıq”.