Eskişehir Azərbaycanlılar Dərnəyinin hər həftə tərtib ettiyi Çərşənbə söhbətlərində bu həftə 31 Mart Soyqırım mövzusunda toplantı keçirilib.
Bu barədə Avrasiya.net-ə Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.
Toplantıda Eskişehir Azərbaycanlılar Dərnəyinin kordinatoru Cavid Əmirov 1918-ci ildə yaşanmış olan soyqırım haqqıda geniş məlumatlar verdi.
Cavid bəy çıxışında 1918-ci ilin 30 mart və 2 aprel tarixləri arasında Bakıda və Azərbaycanın bir çox bölgəsində bolşeviklərlə ermənilərin birlikdə törətdiyi qanlı qətliamlardan bəhs edib.
Xüsusilə Bakıda 30 Mart günü bolşeviklərin erməni əsilli komissarı Stepan Şaumyanın göstərişiylə azərbaycanlılara qarşı başladılan soyqırım nəticəsində 15 mindən çox insanın vəhşicəsinə öldürüldüyünü daha sonra bu qətliamların Quba, Şamaxı, Ucar və Qarabağda dəvam etdiyini vurğulayıb.
Bolşevik və erməni birliklərinin xüsusilə acımasızca törətdikləri qətliamlarla Azərbaycan Türklərinin və Bakının müsəlman əhalisinin iradəsini qırmaq, milli düşüncədə olan insanları bolşevizm yalanlarına inandırmaq ən böyük məqsədləri olduğunu ifadə edib.
Toplantının sonunda Cavid Əmirov dinləyicilərin suallarını cavablayaraq çıxısını bitirib.
Toplantıda Dərnək üzvləri, azərbaycanlı tələbələr və Türkiyəli soydaşlarımız iştirak ediblər.