Netanyahu Ceyhun Bayramovla İranın regional sabitliyə yaratdığı təhlükəni müzakirə edib

0

İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın İsraildə səfirliyinin açılması münasibəti ilə xarici işlər naziri Ceyhun Bayramovu təbrik edib.

APA xəbər verir ki, bu barədə Baş nazirin tvitter səhifəsində paylaşım edilib.

Bildirilib ki, Baş nazir Benyamin Netanyahu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və Azərbaycanın İsraildə səfirliyinin açılması və bu ölkədən İsrailə ilk səfirin təyin olunması münasibətilə onu təbrik edib.

Tərəflər ümumi regional təhlükəsizliyi və İranın regional sabitliyə yaratdığı təhlükəni müzakirə ediblər.

Baş nazir Netanyahu iki ölkənin yaxın münasibətlərini yüksək qiymətləndirib.

Tərəflər bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi potensialını müzakirə ediblər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »