“Formula 1” üzrə Azərbaycan qran-prisində çıxış edəcək daha bir məşhur musiqiçinin adına aydınlıq gəlib.
“Qafqazinfo” xəbər verir ki, niderlandlı DJ Don Diablo aprelin 28-də Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə şou sərgiləyəcək.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
Daha əvvəl DJ Hardvellin aprelin 29-da çıxış edəcəyi açıqlanmışdı.
Xatırladaq ki, Azərbaycan qran-prisi 28-30 aprelə təsadüf edəcək.