Çeçenistanda atışma olub: Xüsusi xidmət orqanları iki silahlını məhv edib

0

Çeçenistanın Qudermes şəhərində keçirilən xüsusi əməliyyat zamanı iki yaraqlı cavab atəşi ilə məhv edilib.

“Report” xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov teleqram kanalında məlumat verib.

“Yaraqlıların qarşısı kəsilib və onlara təslim olmaq təklif olunub. Mühasirədən çıxmağa çalışan cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf qumbara atıblar. Hər ikisi cavab atəşi ilə məhv edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslərdən heç kim xəsarət almayıb”, – o yazıb.

Onun sözlərinə görə, cinayətkarların yeri əməliyyat məlumatlarının hazırlanması zamanı müəyyən edilib:

“Sizdən xahiş edirəm ki, quldur dəstəsinin təhlükəsizlik qüvvələrinə qəfil hücumu və bu kimi saxtakarlıqlar barədə şayiələr yaymayın. Cinayətkarlar müəyyən edilərək zərərsizləşdirilib. Qudermes sakit həyat sürür”.

Çeçenistan rəhbəri cinayətkarların məhv edilməsi üzrə uğurlu xüsusi əməliyyata görə ölkənin güc strukturlarının əməkdaşlarına təşəkkür edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »