Ukrayna prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Polşaya səfərə gedəcək.
Bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski “Radio Wnet”ə müsahibəsində məlumat verib.
“Zelenski tezliklə Varşavaya səfər edə bilər, lakin Polşa Xarici İşlər Nazirliyi bu səfəri elan etməyəcək. Düşünürəm ki, bu, tezliklə baş verəcək, amma gəlin gözləyək”, – deyə o bildirib.
Nazir müavini səfərin elan edilməsindən yayınmağı təhlükəsizlik tədbirləri ilə izah edib. O, dəqiq tarix açıqlamayıb.