İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, gündəlikdə ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələyə baxılması və Şirkətin 2022-ci il üzrə maliyyə hesabatının müzakirəsi nəzərdə tutulub.
Şirkətin Baş direktoru Balakişi Qasımov ştat cədvəlində dəyişiklik edilməsi zərurətindən danışaraq bildirib ki, iş əmsalının daha da yüksəldilməsi məqsədilə Kommersiya departamentinin marketinq üzrə meneceri Fərid Əhmədovun həmin departamentin direktoru təyin olunmasına baxıla bilər. Sonra Fərid Əhmədov namizədliyi irəli sürülən vəzifədə görüləcək işlər haqqında danışıb, gələcək planlarını təqdim edib. Müzakirələrdən sonra onun Kommersiya departamentinin direktoru təyin olunması barədə qərar qəbul edilib.
Daha sonra Şirkətin 2022-ci il üzrə maliyyə hesabatı müzakirə edilib. Maliyyə və muhasibat uçotu departamentinin direktoru Əfsər Dadaşov hesabat barədə danışıb, Şirkətin gəlir və xərclərindən bəhs edib. Müzakirələr zamanı çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Vüqar Zeynalov, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova öz fikir və təkliflərini səsləndiriblər. Şura üzvlərinin müvafiq sualları cavablandırılıb. Hesabat qənaətbəxş qiymətləndirilib