Martın 26-da saat 23 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini S.Məmmədovu bıçaqla hədələyib 45 manatını talamaları barədə polisə məlumat daxil olub.
Ictimairey.az xəbər verir ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakinləri Ricat Cəfərov və əvvəllər məhkum olunmuş Turan Alıyev müəyyən olunaraq saxlanılıblar.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.