Saxurda yeyilən qidaların həm tox tutma xüsusiyyəti, həm də gün ərzində yaranan mədə problemlərinin qarşısının alınması baxımından əhəmiyyətlidir. Qidalanma mütəxəssislərinə görə, yaxşı bir Ramazan süfrəsinin iftarda da sahurda da məntiqli və məqbul olmalıdır. Bəs sahurda tox tutan qidalar hansılardır? Ramazanda tox tutan qidaların siyahısını təqdim edir.
Zeytun
Zeytun saxurda yeyiləcək qidaların arasında. Həzm sisteminə köməkçi olan zeytun, tox tutması ilə də sahur süfrələrinin ən sevimli qidalarndan biridir. Saxurda bir neçə dənə zeytun yeməyi unutmayın.
Şorba
Yaz tərəvəzləri ilə hazırlanmış mərcimək şorbası toxluq hissini dərhal yaratdığı üçün tövsiyyə edilir.
Yumurta
Yumurta saxur süfrəsinin əvəzolunmaz qidalarındandır. Təbii kənd yumurtası ən başda gedən tox tutan qidalardan biridir. Saxurda yumurta yeməyə mütləq diqqət edin.
Çörək otu
Sağlam yağlar baxımından zəngin olan çörək otu, salat və ya qatıqla birlikdə tox tutma xüsusiyyətini göstərir. Bundan əlavə çörək otu mədə problemləri üçün mükəmməldir.
Çovdar çörəyi
Çovdar çörəyi həm bağırsaq dostu, həm də tox tutması ilə sahurda istifadə edilməli qidalar arasındadır.
Süd
Çay və qəhvə yerinə saxurda süd içmək həm rahat yatmağınıza, həm də sizə lazımlı zülalları təmin edərək, gün boyu tox hiss etmənizə də köməkçi olar.
Qatıq
Qatıq eyni zamanda sizi tox tutaraq acmağınızı qarşısını alacaq. Qatığın içərisinə bir çay qaşığı darçın əlavə edərək qan şəkərini tarazlaya bilərsiniz. Qatıq həm də yuxu probleminə də yaxşı təsir edir.
Banan
Banan, tox tutan meyvələrdən biridir. Kalium mənbəyi olan banan, sahurda yeməkdən sonra bir porsiya yeyə bilərsiniz.
Pendir
Zülal baxımından qidalandırıcı olan pendir, sahurda sizi tox hiss etdirəcək. Sahurda iki dilim pendir yeyərək aclıq problemini aradan qaldıra bilərsiniz.
müəllif: Selcan Xatun (qida mütəxəssisi)