Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb

Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 10 nəfər ölüb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb.

“Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 4-ü piyadavurma, 3-ü maneəvurma və 3-ü aşmadır”, – DYP rəsmisi vurğulayıb.

Comments are closed.

Tərcümə »