İsrail Prezidenti İshak Hersoq hökuməti məhkəmə islahatlarının qəbulunu dərhal dayandırmağa çağırıb.
Bu barədə “Yerusəlim Post” məlumat yayıb.
“İsrail xalqının birliyi və məsuliyyət naminə sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”, – prezident bildirib.
Qeyd edək ki, martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasından sonra etiraz aksiyaları başlayıb.
Y.Qalant ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəmişdi.