Azərbaycanda 2877 nəfər ilk dəfə vərəmə yoluxub

0

2022-ci ildə Azərbaycanda 2877 xəstə ömründə ilk dəfə olaraq vərəm xəstəliyinə yoluxub.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova məlumat verib.

 

O bildirib ki, xəstələnmə göstəricisi – 100 000 respublika əhalisinə – 28,4 təşkil edib. Təkrar (residiv, uğursuz müalicədən sonra, müalicəsini dayandırılması ilə əlaqədar, nəzarətdən yayılan və digər xəstələr) – 2292-dir: “Yalnız residivi olan bu rəqəmdən (yəni, sağalandan sonra vərəm ilə yenidən yoluxan xəstə) – 1112 təşkil edib. Cəmi 2022-ci ildə 5169 xəstə rəsmi qeydiyyatdadır. Vərəm Mikobateriyasının həssaslığı qorunmuş xəstələrin sayı – 1301 ilkin xəstələr arasında, 1494- təkrar xəstələr arasındadır. Bu rəqəmlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə müəyyənləşdirilib”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »