AVRO-2024: Portuqaliyadan darmadağın, İtaliya ilk qələbəsini qazanıb

0

AVRO-2024-ün seçmə mərhələsində II turun daha 4 oyunu keçirilib.

“Report”un məlumatına görə, C qrupunda İtaliya səfərdə Maltanı 2:0 hesabı ilə məğlub edib.

H qrupunda Şimali İrlandiya evdə Finlandiya ilə bacarmayıb – 0:1.

J qrupunda isə Portuqaliya səfərdə Lüksemburqu darmadağın edib, Slovakiya doğma meydanda Bosniya və Herseqovinaya qalib gəlib.

AVRO-2024, seçmə mərhələ
II tur
26 mart

C qrupu

22:45. Malta – İtaliya – 0:2
Qollar:
 Mateo Retegi, 15. Matteo Pessina, 27

Xal durumu: İngiltərə – 6 (2 oyuna), İtaliya – 3 (2 oyuna), Şimali Makedoniya – 3, Ukrayna – 0, Malta – 0 (2 oyuna)

H qrupu

22:45. Şimali İrlandiya – Finlandiya – 0:1
Qol:
 Benyamin Kölman, 28

Xal durumu: Sloveniya – 6, Danimarka – 3, Qazaxıstan – 3, Finlandiya – 3, Şimali İrlandiya – 3, San Marino – 0

J qrupu

22:45. Slovakiya – Bosniya və Herseqovina – 2:0
Qollar:
 Robert Mak, 13. Lukaş Haraslin, 40

22:45. Lüksemburq – Portuqaliya – 0:6
Qollar: 
Kriştianu Ronaldu, 9; 31. Joau Feliks, 15. Bernardu Silva, 18. Otavio, 77. Rafael Leau, 89
İstifadə edilməyən penalti: Rafael Leau, 85 (Portuqaliya)

Xal durumu: Portuqaliya – 6, Slovakiya – 4, Bosniya və Herseqovina – 3, İslandiya – 3, Lüksemburq – 1, Lixtenşteyn – 0.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »