Nəzarətsiz qalan bacı-qardaş siçan dərmanı içdi

0

Ağdaşda azyaşlı bacı və qardaş zəhərlənib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, rayon sakinləri olan 4 yaşlı N.Abdullayeva və qardaşı  M.Abdullayev evdə nəzarətsiz qaldıqları zaman siçan dərmanı içiblər. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər və tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə belə cavab verildi: “2019-cu il təvəllüdlü və 2023-cü il təvəllüdlü vətəndaşlar 24.03.2023-cü il tarixində Ağdaş Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olduqdan sonra evə buraxılıblar”.

Faktla bağlı araşdırma aparılır.

 38 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »