Məmməd Səid 20-ci əsrin əvvəlində ermənilər tərəfindən xalqımıza qarşı törədilən vəhşiliyi qələmə alan ilk ədəbiyyatçılarımızdandır
Bu gün görkəmli yazıçı-dramaturq Məmməd Səid Ordubadinin doğum günüdür. Simsar.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq, tarixi roman ustası, jurnalist və tərcüməçi Məmməd Səid Ordubadi 24 mart 1872-ci ildə Ordubad şəhərində anadan olan Məmməd Səid 20-ci əsrin əvvəlində ermənilər tərəfindən xalqımıza qarşı törədilən vəhşiliyi qələmə alan ilk ədəbiyyatçılarımızdandır. O, qədim Şərq ənənləri ilə yaşayan Ordubad şəhərində anadan oldu. Ancaq istedadı Məmməd Səidi Naxçıvan, İrəvan, Bakı və Tiflisə qədər apardı.
Həmişə təbliğ etdiyi maarifçilik ideyalarının məqsədi millətinin gələcəyini işıqlı görmək idi. O bunun üçün ədəbiyyatı seçdi. İlk tarixi roman ustası oldu. “Qılınc və qələm” -in gücü ilə “Gizli Bakı”, “Dumanlı Təbriz”-i “Döyüşən şəhər” kimi oxuculara təqdim etdi.
Özü də jurnalist bacarığı ilə. Məmməd Səidin Azərbaycan ədəbiyyatında göstərdiyi xidmət ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirildi. Onun təşəbbüsü ilə 1972-ci ildə Ordubad şəhərində biz zaman ədibin yaşadığı ata ocağı ev muzeyinə çevrildi. İndi bu muzeydə Ordubadinin ədəbi irsi geniş təbliğ olunur.
Ordubadi 1911-ci ildə hələ çar senzurasının güclü dövründə erməni daşnaklarının Naxçıvan və Zəngəzurda törətdiyi vəhşiliyi qələmə alaraq “Qanlı sənələr” adlı kitab çap etdi. Faktlar və hadisə şahidlərinin məktubları əsasında yazılan bu kitab təəssüf ki, geniş təbliğ olunmadı. Əksinə, bu cəsarətinə görə 1915-ci ildə Culfada həbs olunan Ordubadi indiki Volqoqrad şəhərinə sürgün edildi. İndiyədək onun fəaliyyəti ilə bağlı yazılanlar isə azdır.
Hər halda ədibin həmyerliləri bu fikirdədir. “Koroğlu”, “Nərgiz”, “Nizami” kimi nəhəng operaların liberettosu da Məmməd Səid Ordubadi qələmindən çıxıb. O, Azərbaycan ədəbiyyatının ağsaqqalı olmaqla bərabər Ali Sovetin iki çağırış deputatı da seçildi. Bundan başqa, ədibin fəaliyyəti Şərəf nişanı və Lenin ordenləri ilə qiymətləndirilib.
1 may 1950-ci ildə vəfat etmiş, məzarı Fəxri xiyabandadır.
mənbə: Simsar.az