BMT TŞ-də “Şimal axını” ilə bağlı səsvermə olacaq

0

BMT Təhlükəsizlik Şurasında “Şimal axını”ndakı partlayışı araşdırmaq üçün komissiya yaratmağa çağıran qətnamə üzrə səsvermə keçiriləcək.

Bu barədə BMT-dən məlumat verilib.

Səsvermənin martın 27-də keçiriləcəyi bildirilib.

Qeyd edək ki, sentyabrın 26-da “Nord Stream AG” şirkəti Şimal Axını-1 və Şimal Axını-2 qaz kəmərlərində əsaslı dağıntıların baş verdiyinə dair məlumat yayıb. Dağıntı və sızmalara səbəb olan partlayışlar təxmini olaraq eyni anda İsveç və Danimarkanın sahil sularında, Baltik dənizinin dibindən keçən 4 fərdi qaz borusunda baş verib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »