İsrail İrana uranın zənginləşdirilməsi səviyyəsi 60 faizi ötdükdə zərbə ednirəcək.
İctimairey.az xəbər verir ki, bununla bağlı “Axios” portalı məlumat verib.
Nəşr yüksək rütbəli İsrail rəsmisinə istinadən qeyd edib ki, İsrail uranın 90 faiz zənginləşdirilməsi səviyyəsinə çevrilməsini istəmir.
“Buna görə də İsrail ABŞ və Avropa ölkələrinə deyir ki, İranın 60 faiz səviyyəsindən yuxarı istənilən addımı Tehranın nüvə proqramına qarşı hərbi əməliyyatlara səbəb ola biləcək addım olacaq”, – portal yazır.