İsrail parlamenti İordan çayının qərb sahilindəki qəsəbələrin evakuasiyasını ləğv edib

0

İsrail Knesseti (parlament) İordan çayının qərb sahilindəki 4 yəhudi qəsəbəsinin evakuasiyasını ləğv edən qanunu qəbul edib.

 

APA-nın xəbərinə görə, bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.

İkinci və üçüncü oxunuşda qanun layihəsinin lehinə 31, əleyhinə 18 deputat səs verib.

Qeyd edək ki, sabiq Baş nazir Ariel Şaronun dövründə – 2005-ci ildə qəbul edilmiş proqrama əsasən, İordan çayının qərb sahilindəki Qanim, Kadim, Sanur və Xomeş qəsəbələrinin sakinləri 18 il əvvəl evakuasiya edilib. 18 il ərzində israillilərin həmin 4 qəsəbəyə girişi qadağan edilib. Bu qəsəbələrdən ikisi fələstinlilərin yaşadığı Cenin şəhərindən 1 km uzaqlıqda yerləşir.

Artıq bu qəsəbələrə girişə qadağa ləğv olunduğuna görə həmin qəsəbələrdə tikintinin yenidən başlanması üçün İordan çayının qərbindəki İsrail hərbi hakimiyyətindən və mülki administrasiyasından icazə alınması lazımdır.

 39 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »