Ukraynada müharibə şəraitinə baxmayaraq burada yaşayan azərbaycanlılar öz tarixi ənənəsinə sahib çıxaraq Novruz bayramının təbliğini həyata keçirirlər.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radası, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Kiyev şəhər Dövlət Administrasiyasının birgə təşkilatçılığı ilə martın 18-də Kiyevdə Novruz şənliyi təşkil olunub.
Novruz şənliyində Bahar qızı, Dədə Qorqud, keçəl, kosa və digər milli obrazlar tədbirdə iştirak edənlərin marağına səbəb olub.
Ukrayna Azərbaycanlıları Radası, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Ukraynanın Xalq artisti Qurban Abbasov, ukraynalı müğənni Natalya Kudyaşova tədbiri açaraq Novruz bayramının tarixi və əhəmiyyəti haqqında geniş məlumat veriblər, sonra Novruz tonqalı yandırılıb. Ukrayna və Azərbaycana sülh və əmin-amanlıq arzulanıb.
Sonra iştirakçılar Azərbaycanın milli geyimləri və atributları ilə bəzədilən stendlə tanış olublar.
Emil Hüseynli