Ermənistanda xaçların sökülməsi ilə bağlı göstəriş verildi

0

Ermənistan hökuməti bütün dövlətlərarası və icma yollarında qoyulmuş xaçların götürülməsi üçün göstəriş verib.

“Unikal” erməni KİV-ə istinadən xəbər verir ki, xaçların sökülməsi ilə bağlı məktub ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan tərəfindən bütün bələdiyyələrə göndərilib.

“Ermənistanın dövlətlərarası və respublika əhəmiyyətli avtomobil yollarında tikilmiş xatirə daşlarının, xaçların və xaçkarların sökülməsi üçün hər kəsdən regional müfəttişlik bölmələri ilə əməkdaşlıq etməyi xahiş edirəm”, – məktubda qeyd olunub.

Qeyd edək ki, bu qərar müxalifət tərəfindən Azərbaycanla mümkün sülhün olacağı təqdirdə atılan addım kimi qiymətləndirilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »