8 qramıyla bədəni zəhərdən təmizləyir. Bu bitki bədəni yeniləyən bir möcüzədir.

0

Cəfərinin cəmi 2 qaşıq (8 q.) şirəsində gündəlik A vitamininin 12%-İ, C vitamininin 16%-i, K vitamininin 54 %-i vardır. Həmçinin bu bitki maqnezium, kalium, kalsium, fol turşusu qaynağıdır.

Qanda şəkəri tənzimləyir

Diabet xəstəliyindən başqa, qaydasız qidalanma, hərəkətsizlik üzündən qanda  şəkərin səviyyəsi qalxır.  Həmin artım bədəndə insulin dirənci, diabet, ürək xəstəlikləri və xolesterol kimi bir sıra  metabolik sindromlara səbəb olaraq  sağlığı risk altına alır. Bununla bağlı  2 diabetli siçanlar üzərində təcrübə aparılıb. Nəticədə görülüb ki, cəfəri şirəsi verilən siçanın qanda şəkər səviyyəsi xeyli aşağı düşmüş və mədəaltı vəzinin fəaliyyəti daha da yaxşılaşmış vəziyyətdədir.

  Ürəyə faydaları 

Ürək partlaması və ya insult ölümün əsas səbəblərindən biri olaraq eyd olunur. Qaydasız qidalanma, hərəkətsizlik və pis vərdişlər ürək xəstəliklərinə səbəb olur. Cəfəri ürək xəstəliklərinin riskini azaldan karotenoid antioksidantlarla birgə digər bitki qarışıqları ilə zəngindir. Təcrübələr göstərir ki, karotenoidlə zəngin pəhrizlə xroniki iltihabın qarşısını aldığından yüksək qan təzyiqinin aradan qaldırır və  qanda LDL xolesterinin səviyyəsini xeyli azaltmaq mümkündür. Tədqiqatları davam etdirərək 73286 tibb bacısının 12 illik pəhrizi nəticəsində karotenoidlər ilə koronar arteriya xəstəliyinin tezliyi arasında tərs mütənasib əlaqə üzə çıxıb. Lakin təcrübəni bir az böyüdərək  18 il ərzində  13293 nəfərin iştirakı ilə məlum oldub  ki, qanda karotenoidin səviyyəsi yüksək olanların ürək xəstəliklərindən ölüm riski   qanda karotenoidin səviyyəsi  aşağı olanlardan xeyli azalır.

Cəfəridə ürəyin faydalandığı güclü oksidant olan C vitamini qaynağıdır. 13421 nəfərin iştirakı ilə aparılan təcrübədən məlum loub ki, C vitamini çox qəbul edənlərin ürək xəstəliyi riski, C vitamini az qəbul edənlərlə müqayisədə  əhəmiyyətli dərəcədə azalıb.

Böyrək xəstəliklərinə faydası 

Böyrəklər qanın davamlı filtri, orqanizmin qalıqlarını, artıq suları bədəndən uzaqlaşdıran əsas orqanlardan biridir. Bəzən sidik uzun müddət qaldıqda ondakı mineralların yığılıb qalması nəticəsində ağrılı böyrək daşları əmələ gəlir. Böyrək daşı olan siçanlar üzərində aparılan təcrübədə  cəfəri ilə qidalanan nəzarət qrupundakı siçanlarda kalsium və zülal ifrazı azaldığı halda, ph, sidik ifrazının artdığı təsbit edilib. Digər tərəfdən cəfəri böyrəyin fəaliyyətini riskə alan yüksək qan təzyiqini  aşağı salaraq böyrəyin sağlamlığını qoruya bilir.

Qeyd edək ki, cəfəridə böyrək daşı əmələ gətirən oksalatlar nisbətən yüksəkdir. Bu halda mütəxəssislər sidikdə həddən artıq oksalat ifrazı ilə müşayiət olunan hiperoksaluriya xəstəliyindən əziyyət çəkən xəstələrə oksalatın qida ilə qəbulunu azaltmağı tövsiyə edirlər.

Cəfərinin antibakterial özəllikləri

Cəfərinin tərkibində stafilokokus orius kimi bakterialara qarşı əks təsir göstərən apiol və miristsin kimi efir yağları var.

Sümük sağlamlığına faydaları 

Cəfəri sümüklərin möhkəmliyinə faydalı olan K vitamini, kalium, maqnezium, kalsiumla zəngindir.

İmmun sisteminə faydaları

Tədqiqatlar göstərir ki, cəfəridə  antioksidantlardan biri olan apigenin, bədəndə iltihabı azaldaraq hüceyrələri zədələnmədən qoruyaraq immun sistemini gücləndirmiş olur.

Qaraciyərin fəaliyyətini dəstəkləyir

Diabetli siçanlar üzərində aparılan təcrübələrdə məlum olub ki, cəfəri ekstraktı qaraciyərin zədələnməsinin qarşısını ala, onun fəaliyyətini yaxşılaşdıra, onda antioksidant səviyyələrini artırır.

 

mənbə: https://www.sabah.com.tr

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »