Qeyri -hökumət Təşkilatları Agentliyinin nümayəndə heyəti BMT-nin Qadınlar təşkilatı ilə görüşüb.

0

Qeyri – hökumət təşkilatlarına dövlət dəstəyi  agentliyi öz facebuk səhifəsində  etdiyi paylaşımda Agentliyin nümayəndə heyətinin BMT-nin Qadınlar təşkilatı ilə görüşündən görüntülər var.

Azərbaycanda qadınların ictimai həyatda fəallığından danışan Agentliyin icraçı direktoru Aygün Əliyeva Agentliyin bu çərçivədə elan etdiyi qrant müsabiqələri barədə məlumat verib. O bildirib ki, Agentlik mütəmadi olaraq qadın hüquqlarının qorunması ilə bağlı maarifləndirmə, müharibədən əziyyət çəkən qadınlara və uşaqlara sosial-psixoloji dəstəyin göstərilməsi, erkən nigahların qarşısının alınması, gender bərabərliyinin qorunması, gender zəminində zorakılıq ilə mübarizə, qızların təhsildən yayınması halları ilə mübarizə istiqamətində təşəbbüslər və digər aidiyyatı mövzular üzrə maliyyə yardımı ayırır.
Daha sonra, Aygün Əliyeva Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci bəndi olan gender bərabərliyinin qorunması istiqamətində BMT-nin Qadınlar təşkilatı ilə əməkdaşlıq perspektivlərinə toxunub.
Öz növbəsində, Agentliyin nümayəndə heyətini salamlayan BMT-nin Cenevre ofisi Qadınlar təşkilatının sədr müavini Adriana Giraldo Agentliyin təşəbbüslərini dəstəkləndiyini və eyni zamanda, BMT təsisatlarının bu qeyd olunan istiqamətlər üzrə Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının artırılmasını mühüm olduğunu qeyd edib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »