Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 65 kq-da çıxış edən idmançı yarımfinalda fransalı İris Matilda Tiboya 6:3 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə rumıniyalı Amina Kapezanı sınağa çəkəcək.

53 kq-dakı Gültəkin Şirinova finala gedən yolda türkiyəli Zeynep Yetgilə 0:5 hesabı ilə uduzub. O, bürünc medal uğrunda qarşılaşmada Mariana Draqatun (Moldova) – Çadiya Ayaçi (Fransa) cütünün qalibi ilə görüşəcək.

57 kq-da yer alan Jalə Əliyevanın təsnifatda məğlub olduğu ukraynalı Aleksandra Xomenets finala yüksəldiyindən Azərbaycan təmsilçisi təsəllivierici görüşlərə qatılmaq hüququ əldə edib. Onun rəqibi bolqarıstanlı Nazife Mustafa Tahir olacaq.

Comments are closed.

Tərcümə »