İslam dini Qərb üçün yad deyil – İhsanoğlu

0

İslam Qərb üçün yerli din sayılır.

Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş baş katibi Ekmeleddin İhsanoğlu Bakıda İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda bildirib.

“Qərb üçün İslam dini yad deyil, Avropada müsəlmanların sayı milyonlarladır. Yerli müsəlmanlar əsrlər əvvəl Avropa ölkələrinə gəliblər. İnandırmalıyıq ki, müsəmanlar Qərb cəmiyyətlərini dəyişdirməyi qarşılarına məqsəd qoymayıblar. Həm də elə etməliyik ki, hamı mədəniyyətlərin çoxmüxtəlifliyi məhfumlarını qəbul etsin. Bu məsələnin qəbul edilməsi çox vacibdir. Özümüzü həmişə təndiq etməyə çalışmalıyıq. Bizim adımızdan bunu kimsə edir.

Bizim ritorikamız dəqiq və düzgün olmalıdır. Münaqişələr göstərib ki, sülh çox asanlıqla dağıdıla bilər. Burada bizə lazımdır ki, qarşılıqlı etimadı quraq. Müsəlmanlar yeni sülh erasını istəyir”, – deyə Ekmeleddin İhsanoğlu vurğulayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »