“Hər şey hər yerdə, eyni anda” filminin “Ən yaxşı film” nominasiyasında “Oskar” qazanacağını heç kim gözləmirdi. Filmin maraqlı süjet xətti var. Amerikada yaşayan Çin əsilli qadın birdən – birə zamanlar və məkanlar arası səfərə çıxır.
Lent.az-ın xəbərinə görə, bu rejissor Daniel Kvanın ikinci tammetrajlı filmidir. Filmin süjet xətti fərqli dünyalara, fərqli zamanlara sürətlə keçid edən evdar qadının öz həyatında müxtəlif seçimlər edərsə, nələr yaşaya biləcəyini görməsi üzərində qurulub.
Rejissorun fikrinə görə, filmdə sürətlə dəyişib, bir-birini əvəz edən kadrlar əslində absurd dünyaları təsvir etsələr də, real həyatımızdan parçalardır.
“Hamımız iş həyatımıza və internet aləminə dalıb reallıqlardan uzaq qalmışıq və ömrümüzün necə keçməsindən bixəbərik. Filmimizin uğurlu alınmasının əsas səbəbi aktyorların insan duyğularını çox gözəl ötürə bilməsindədir”,- deyə rejissor “Oskar” mükafatını alarkən bildirib.