Bu universitetə daxil olan ilk azərbaycanlı!

0

 

Azərbaycanlı şagird dünyanın ən yaxşı universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutuna (MIT-də) qəbul olub.

“Qafqazinfo” xəbər verir ki, 16 yaşlı Dəniz Səttarlı tam təqaüdlə Kimya Mühəndisliyi üzrə bakalavr səviyyəsinə daxil olub.

Liseylərdən birinin məzunu olan Dəniz   uğurunun sirlərini bölüşüb: “İlk olaraq onu deyim ki, Amerikada və bir çox xarici ölkələrdə təhsil almaq üçün məktəbdəki yaxşı qiymətlər və nəticələr bəs etmir. Mən 9-cu sinifdən bəri olimpiadalara qatılırdım. Kimya üzrə beynəlxalq səviyyəli olimpiadalarda ölkəmizi təmsil etmişəm. Müxtəlif dərəcəli mükafatlarım və medallarım var. Daim öz üzərimdə çalışdım və uğur qazanacağıma inandım”.

Dəniz Səttarlı eyni zamanda gələcək planlarından da danışıb: “Bakalavr təhsilimdən sonra magistratura, yaxud da doktorantura təhsili almağı düşünürəm. Oxumaqla bərabər iş proqramlarına da müraciət etmək istəyirəm. Təhsilimi orada davam edib karyeramı qurmaq istəyirəm”.

Qeyd edək ki, Dəniz Səttarlı MIT-ə Azərbaycandan bakalavr üzrə daxil olan ilk qız məktəblidir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »