İlk Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü müsəlmanlara qarşı nifrəti aradan qaldırmaq istiqamətində fəaliyyətə başlamağa çağırışdır.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş Tvitterdə yazıb.
O bildirib ki, dünya islamofobiyaya qarşı mübarizə aparmalıdır: “Biz bölücü qüvvələrə qarşı durmalıyıq”.
Qeyd edək ki, bu gün Bakıda islamofobiyaya dair beynəlxalq konfrans başlayıb.