“Tehranın əsas niyyəti Qafqazın İrana birləşdirilməsidir”

0

“Azərbaycan 30 ildə dəfələrlə İran tərəfinin qeyri-obyektiv və qərəzli münasibəti ilə qarşılaşıb. Ümumiyyətlə, İranın əsas istəyi Qafqazın İrana birləşdirilməsidir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib. Ekspert xatırlatdı ki, hətta İranın rəsmiləri və qeyri-rəsmi şəxsləri də daim çıxışlarında bəyanat verərək bildiriblər ki, Qafqaz tarixən İrana tabe olub, bundan sonra da tabe olmalıdır. Hazırda Rusiyanın başının Ukraynaya qarışmasından istifadə edən İranın öz gücünü nümayiş etdirməyə cəhdlər göstərdiyini bildirən Zaur Məmmədov vurğuladı ki, İrana qarşı heç vaxt koalisiyalarda iştirak etməyən Azərbaycan bölgədə sülhün tərəfdarıdır.

“Azərbaycan bölgədə müharibənin tərəfdarı olmasa da, çox təəssüflər olsun ki, İran hazırda Azərbaycanın düşməninə silah, pul, qaz verən və onu ölməyə qoymayan, yaşaması üçün əlindən gələni edən bir ölkə adını daşımaqdadır. 44 günlük müharibədən sonra baş verən hadisələr, Qərbi Zəngəzur vasitəsilə İran və Ermənistan arasında yüklərin daşınması cəhdləri, Şərqi Zəngəzurla bağlı İranın müxtəlif orqanlarının və qruplarının fərqli xarakterli təzyiqləri də onu göstərir ki, ciddi şəkildə münasibətlərə yenidən baxılmasına ehtiyac var”.

Politoloq qeyd etdi ki, İranın bugünkü prezidenti hakimiyyətə gəldiyi gündən Azərbaycanla münasibətlərin yaxşılaşmasında maraqlı olmayıb.

“Nə İbrahim Rəisi, nə Hüseyn Əmirabdullahiyan Azərbaycana dost münasibətlərini həqiqi mənada göstərməyiblər. Məhəmməd Cavad Zərifi xarici işlər naziri, Həsən Ruhani prezident olanda İran Azərbaycan arasında çağırışlar olsa da, bu çağırışlar danışıqlar yolu ilə həll edildiyini görürdük. Biz həmin dövrdə İran-Türkiyə, İran- Azərbaycan münasibətlərində yeni səhifələrin açıldığının şahidi olduq və bu, çox təqdirəlayiq idi. Amma çox təəssüflər olsun ki, indiki hakimiyyət gələr-gəlməz Ermənistanın təhlükəsizliyinin özü üçün qırmızı cizgi hesab etdi və de-fakto Azərbaycana qarşı çıxışlar etdi. Əgər kimsə “Ermənistanın sərhədlərini keçmək olmaz”,- ultimatumunu Azərbaycan ordusuna verirsə, həmçinin Qarabağdakı separatçılarla bağlı mütəmadi olaraq dəstək kampaniyaları həyata keçirirsə, bunu biz başqa cür necə adlandıra bilərik?”.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »