İlaxır -torpaq çərşənbəsi

0

Bu gün ilin son çərşənbəsi- torpaq çərşənbəsidir. Novruz təqviminin əsas rəmzlərindən olan çərşənbə axşamlarının qeyd edilməsi azərbaycan xalqının milli-mənəvi inancında özəl məna kəsb edir. İlin sonuna  dörd çərşənbə qalmış mart ayının 20-i ərəfəsində təbiətin dörd ünsürü – su, od, yel (hava) və torpağa həsr edilən bayram ayinləri, milli rituallar icra olunur. İlaxır çərşənbənin də mənası torpağın oyanması, bitkilərin göyərməsi, əkinin başlanması üçün torpağın təbii hazır vəziyyətdə olması bayram əhvalı yaratması anlamı daşıyır. Bu çərşənbədə insanlar bir-birilərinə ruzi-bərəkət, bolluq, məhsuldarlıq və can sağlığı arzulayırlar. Çünki məhsuldar əkin-biçinə başlamaq üçün insanın canı sağlam olmalıdır. Torpaq da bərəkətli olmalıdır ki, insan əməyi hədər getməsin.

ictimairey.az saytı olaraq abunəçilərimizin timsalında azərbaycan xalqının ilaxır çərşənbəsini təbrik edir, yeni ildə yeni-yeni nailiyyətlər, uğurlar arzulayırıq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »