Bu, həmin tələnin tərkib hissəsidir.

0

Beynəlxalq məsələlər üzrə siyasi ekspert Rizvan Hüseynov Qarabağda yaşayan ermənilərlə sülh mühitinin gerçəkləşə biləcəyi haqda bir sıra suallara maraqlı açıqlamalar verib. “Tv Musavat” yutub kanalında Sevinc Telmanqızının aldığı müsahibədə o, bildirib:

“Azərbaycan tərəfi çox gözəl bilirdi ki, onlar (Qarabağın erməni icmasının nümayəndələri) Bakıya gəlməyəcəklər. Sadəcə olaraq biz bir portfolio  toplayırıq –  sülh çağırışçıları kimi özünü göstərən beynəlxalq vasitəçilər üçün bunu göstərmək lazımdır ki, Qarabağda yaşayan separatçı rejim birbaşa Moskvadan idarə olunur. Bu rejimin İrəvana da aidiyyatı yoxdur, görünən odur ki, rəsmi İrəvan faktiki olaraq təslim olduğundan bu mövzunu başqasına həvalə edib. Hal-hazırda Ermənistanın “təmsilçiliyini”  Rusiya sülhməramlıları həyata keçirir. Azərbaycanın sülh yolundan qaçdığını, yumşaq siyasət yeritmədiyini, müzakirələrə getmək istəyində olmadığını  heç kim bundan sonra bizə irad tuta bilməz.

Otuz ildən çox müddət ərzində Qarabağ dağlarının arasında yaşamalı olan həmin ermənilər toplu halda sivilizasiyadan, beynəlxalq münasibətlərdən, diplomatiyadan, hətta müasir insan münasibətlərindən  xeyli uzaq olduqlarına görə bu avantajdan istifadə edə bilmədilər.  Nə onların özləri, nə də onların himayədarları ağıllı görünmədilər.

Bütün bu hallar ona əsas verir ki, Azərbaycan reinteqrasiya prosesini onların başa düşdüyü dildə, daha sərt şəkildə həyata keçirsin. Lakin nəzərə almalıyıq ki, düşmən bizimlə daim informasiya mübarizəsindədir. O tək deyil, arxasında bir sıra ölkələr, o cümlədən qərb dövlətləri də durur. Həmin dövlətlərin Azərbaycan əleyhinə mütəffiqlik etmələri yaxın aylarda Azərbaycan -Ermənistan sərhəddində, və ya Qarabağda hərbi toqquşma yaratmaq məqsədini güdür. Onların  planına görə hərbi təxribatlar mart-aprel aylarına təsadüf etməlidir. Lakin Azərbaycanın siyasi və hərbi gücü birgə qərar verərkən kiminsə fitnə-fəsadı, ələlxsus “düşmənlərin məsləhətinə” və ya planına baxmır.  Azərbaycanın siyasi rəhbərliyi  öz iradəsi və siyasi qərarı ilə hərəkət etməlidir.

Məsələ ondan ibarətdir ki, regionda Ermənistan və Azərbaycan torpaqlarında Rusiya və İranın hərbi qüvvələri yerləşdirilib. Ruslar həm Ermənistanın Gümrü rayonunda 102-ci hərbi bazada, həm də Qarabağda sülhməramlı qismində yerləşdiyi kimi, İran da Qafanda konsulluq adı altında “Sepah” hərbi birləşmələrini yerləşdirə bilib. İranın həmin qüvvələri Qafanda birləşən Gürcüstan- İrəvan- Gorus  yoluna birbaşa nəzarət edir. Bu üçtərəfli yolun sağ qolu Gorusdan Laçın dəhlizinə  qədər uzanır.  Odur ki, Rusiya və İranın hərbi qüvvələrinin regionda real torpaqlarda iştirakı ola-ola  erməni mətbuatında tirajlanan sərsəm anonslarda  dinlətməyə çalışırlar ki, guya regionda hərbi toqquşma olarsa, nə Rusiya, nə də  İran heç bir müdaxilə etməyəcəklər.

Bu, həmin tələnin tərkib hissəsidir. Onlar bununla Azərbaycanı hərbi təxribatlara  həvəslənməsinə, özü də planın konkret möhlətlə – cari ilin mart-aprel aylarında baş tutmasına nail olmaq istəyirlər.

Bəs bu iki ay nəyin möhlətidir?! Məsələ ondadır ki, həmin aylarda İranın İsrail tərəfindən həlledici zərbələrinə məruz qalacağı, Rusiyanın da Ukrayna cəbhəsində həlledici əkshücumlarla üzləşəcəyi gözlənilir.

Bu iki “müttəfiqlər”,  əslində bir-birilərini  sevməsələr də, Cənubi Qafqaz məsələsində birləşə bilirlər. Söhbət ondan gedir ki, Rusiya və İran öz  bəlalarını birgə öz sərhədlərindən uzaqlaşdırmaq, Dünyanın diqqətini yayındırmaq üçün bizim regionda, Azərbaycan-Ermənistan sərhədlərində münaqişəni alovlanıdrmağa can atırlar.

Biz görürük ki, bəzi qərb  dövlətləri Ermənistdanda siyasi baxımdan nəyəsə nail olurlar. Avropanın “humanitar missiyası” vasitəsi və başqa alətlərlə  ABŞ və Fransa  xeyli fəaldılar. Lakin onlar həmin Minsk qrupunu təmsil edərkən nə mövqedə idilərsə, bu gün də həmin üçlükdə – ABŞ, Fransa, Rusiya olaraq  həmin mövqedədilər. Hansı ki, Sovetlər dağılandan sonra Qarabağ münaqişəsini yaradanlar da həmin üçlük idi, 30 il ərzində də Azərbaycan-Ermənistan arasında sülhə doğru heç bir addım atmayanlar da həmin bu üç ölkə idi.

Beləliklə, bu ölkələr həmin münaqişənin menecmentliyini davam etdirmək istəyirlər.Burada nisbətin dəyişməsi İranın regionda fəallaşması ilə bağlıdır. Azərbaycan isə maraqlı siyasətin içindədir. Həmin qüvvələrin burada – regionda toqquşması mümkündür. Məsələ ondadır ki, İranın fəallığı həmin “Üçlüyün” burdakı fəaliyyətlərini çətinləşdirir. Onlar İranın addımlarına göz yumsalar beynəlxalq münasibətlər fərqli rənglər alacaq.

Azərbaycanın xarici partnyorları ABŞ-ı bu barədə sorğulaya bilərlər ki, ABŞ  İranın Ermənistandakı hərbi kəşfiyyatçılıq əməllərinə göz yummaqla onun mövqelərinin möhkəmlənməsinə şərait yaratmış olur. Necə ki, ABŞ-nın son 20 ildə İraqda və Suriyada etdiyi hərbi müdaxilələr nəticəsində İran da həmin regionda möhkəmlənə bilmişdi. İndiyədək İranın yuxularında belə, görə bilmədiyi Aralıq dənizi hövzəsini bugün İran öz proksiləri ilə nəzarətdə saxlaya bilir. Bəs həmin proksiləri ilə Ermənistan vasitəsilə Gürcüstanı və  Qarabağda yerləşmiş rus sülhməramlılarının  mövqelərini nəzarətə götürsə, onda necə olacaq? Bundan heç bir yaxşı nəticə gözləmək olmaz. Çünki əslində burda maraqlar toqquşacaq. Azərbaycan isə may ayınadək səbirli olarsa, lazımi addımlar atarsa, hər hansı təhdidlərə getməzsə, həmin mövsümdə maraqlı mənzərələrin şahidi ola bilərik.”

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »