“İran bu təxribatların bədəlini çox ağır şəkildə ödəməli olacaq”

0

İran “İslam” Respublikasına məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru davamlı uçuş həyata keçirməsi açıq-aşkar təxribat və hegemonluqdur. Fars-molla rejimi bu cür məkrli hərəkətləri və gövdə göstərişi ilə özünün ermənipərəst siyasəti ucbatından onsuz da gərgin olan İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirir.

Bu olay təsadüfi, sıradan bir məsələ deyil. Ortada çox ciddi bir anti-Azərbaycan planı var. Tehran bu addımı ilə bir yandan “əzələ” nümayiş etdirməklə bizdə qorxu, xof yaratmağa çalışırsa, digər tərəfdən isə Fransa, Hindistan, Ermənistan və s. ölkələrlə əlaqəli şəkildə Azərbaycan və Türkiyəyə qarşı geosiyasi həmlələrə start verir. Bu ölkələr Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında yox, vəziyyətin daha da gərginləşdirilməsində maraqlıdır.

Bu arada Rusiya sülhməramlı qüvvələrinin bilavasitə himayəçiliyi və müşayiətilə Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi bölgəsinə qeyri-qanuni şəkildə silah və sursat daşınması da İranın mənfur molla rejimini erməni separatçılarına qucaq açmağa daha da həvəsləndirir. Erməniləri alətə, oyuncağa çevirən digər müttəfiqləri kimi İran da Ermənistan və separatçı ermənilər üzərindən bölgədəki maraqlarını həyata keçirməyə və Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsini önləməyə çalışır.

Bir sözlə, biz hazırda Türkiyənin başının zəlzələnin ağır nəticələrinin aradan qaldırılmasına və seçki proseslərinə qarışması fonunda anti-Azərbaycan qüvələrinin hərəkətə keçməsini müşahidə edirik. İran bu prosesdə hamıdan çox canfəşanlıq göstərir. Çünki molla hökuməti Azərbaycanın bölgədə güclənməsini və beynəlxalq nüfuzunun artmasını özü üçün başlıca təhdid mənbələrindən biri hesab edir və fürsətdən xaincəsinə yararlanmağa çalışır. Lakin mollalar bu xətti seçməklə böyük yanlışlığa yol verirlər. İran bu təxribatların və təhriklərin bədəlini çox ağır şəkildə ödəməli olacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »