30 yaşlı qadın keçmiş əri tərəfindən öldürüldü

0

Astara rayonunun Maşxan kəndində üzərində xəsarətlər olan qadın meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Bu haqda rayon prokurorluğundan məlumat verilib.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, qadının keçmiş əri, 1993-cü il təvəllüdlü Yusif Verdiyev hadisəni törətməkdə şübhəli bilinir.

Onun cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »