Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti martın 10-da Bəhreyn Krallığına səfər edəcək.
Bu barədə deputat Ramin Məmmədov feysbuk hesabında məlumat paylaşıb.
Bildirilib ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti paytaxt Manama şəhərində keçiriləcək Parlamentlərarası İttifaqın (İPU) Baş Assambleyasının 146-cı iclasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 2-ci iclasında iştirak edəcək.
Azərbaycan nümayəndə heyətinə deputatlar Ramin Məmmədov, Elnur Allahverdiyev, Sevil Mikayılova və digər rəsmi şəxslər daxildir.