Trampdan Ukrayna ilə bağlı ŞOK TƏKLİF

0

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynanın bir hissəsinin Rusiyaya verilməsini təklif edən bəyanatı “Fox News” kanalının efirindən kəsilib.

Modern.az xəbər verir ki, bu barədə “The Daily Beast” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Ağ Evin keçmiş rəhbəri “Fox News”a müsahibə verib, daha sonra aparıcı videonun fraqmentlərini efirdə nümayiş etdirib. Onlardan birində Tramp Ukraynadakı münaqişəni dayandıra biləcəyini bildirsə də, söhbətin bir hissəsi silinib.

“Ən pis halda, mən nəyisə idarə etməyi əhatə edən bir sövdələşmə bağlaya bilərdim. Müəyyən ərazilər var ki, açıq desək, rusdilli ərazilərdir, lakin razılaşma əldə oluna bilər”, – deyə keçmiş Amerika lideri qeyd edib. “Fox News” iddiaları rədd edib və açıqlamanı silmədiyini bildirib.

Bundan əlavə, Tramp ABŞ prezidenti olarkən Rusiya Federasiyasının buna cəsarət etmədiyini qeyd edib və Ağ Evin rəhbəri olsaydı, Ukraynada hərbi əməliyyatların baş verməyəcəyini vurğulayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »