Rusiya gəmisi İstanbulda yandı

0

İstanbulda Rusiya bayrağı altında üzən balıqçı gəmisində yanğın baş verib.

Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Məlumata görə, yanğın ötən gecə Tuzla Aydıntəpə ərazisindəki gəmiqayırma zavodunda təmirdə olan gəmidə baş verib:

“Əraziyə Tuzla, Pendik, Qartal və Orxanlıdan yanğınsöndürmə briqadaları göndərilib. Yanğın bir neçə saat ərzində söndürülüb. Ölən və yaralananlar olmayıb”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »