DİN-dən feministlərə XƏBƏRDARLIQ

0

Daxili İşlər Nazirliyi (DİN) martın 8-də qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirməyi planlaşdıran feministlərə xəbərdarlıq edib.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a açıqlamasında bildirib ki, icazəsiz keçirilən aksiya qanunsuz hesab olunur.

“Əlbəttə, aksiya üçün icazə verilməyibsə, onun keçirilməsi qanunsuzdur. Qanunsuz aksiyanın qarşısı alınacaq”,- DİN rəsmisi xəbərdarlıq edib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti feminist fəalların martın 8-də qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirilməsi barədə müraciətinə cavab verib. Rəsmi cavab məktubunda aksiyanın keçirilməsinin məqsədəuyğun olmadığı bildirilib. Buna səbəb kimi, müraciət edilən ərazilər paytaxt sakinləri və qonaqların ən çox istifadə etdiyi istirahət yerləridir və orada ictimai iaşə, xidmət, əyləncə obyektləri mövcuddur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »