Boltondan şok: Nüvə başlıqlarını artırın, müharibə olacaq

0

ABŞ Rusiya və Çinlə mümkün qarşıdurma halında nüvə başlıqlarının və sistemlərinin sayı məsələsinə yenidən baxmalıdır.

Bu sözləri ABŞ prezidentininn keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

“İndi iki əsas nüvə rəqibi qarşısında ABŞ təcili olaraq döyüş başlıqları və döyüş sursatlarının çatdırılması sistemlərinə dair tələbləri yenidən nəzərdən keçirməlidir. Vaşinqton iki düşmənlə qarşılaşmadan əvvəl nüvə ehtiyatının nə qədər böyük olması ilə bağlı fundamental məsələləri həll etməlidir”, – Bolton bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Rusiya ilə nüvə qarşıdurmasına getmə riski var və Vaşinqton bu münaqişədən qalib çıxarsa, bu dəfə Pekinlə dərhal nüvə qarşıdurması ilə üzləşəcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »