Tbilisidə gərginlik davam edir: Rusiya bayrağı yandırıldı

0

Tbilisidə Parlamentin ətrafında keçirilən aksiyada etirazçılar Rusiya bayrağını yandırıblar.

Aktual.ge xəbər verir ki, fəallar bu şəkildə Rusiya qanunlarına etiraz etdiklərini nümayiş etdiriblər.

Parlament qarşısında aksiya səhər saatlarından davam edir, vətəndaş fəalları, medya nümayəndələri, QHT təmsilçiləri, tələbələr və jurnalistlər “Xarici agentlər” kimi bilinən qanuna etiraz edirlər.

Aksiyaya paralel olaraq Parlamentin İnsan Hüquqları komitəsində “Xarici agnetlər” qanunu müzakirəsi davam edir. Sessiyada səs-küy, şifahi və fiziki qarşıdurma olub. Bir neçə müxalifət deputatı zaldan çıxarılıb.

 79 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »