Tbilisidə aksiya başladı – FOTO

0
Vətəndaşlar, siyasətçilər, qeyri-hökumət sektorunun nümayəndələri və media üzvləri parlamentin qarşısında və girişində aksiya keçirir.

Aktual.ge xəbər verir ki, aksiya “Xarici agentlər” kimi tanınan qanun layihəsinin əleyhinədir.

Aksiya Parlamentin komitə iclasında hazırda sözügedən qanun layihəsinin müzakirəsinə paralel olaraq davam edir.

Aksiyaçılar hesab edir ki, “Xarici agentlər” kimi bilinən qanun layihəsi Rusiyaya məxsusdur və belə bir qanun layihəsi Gürcüstanın seçimi olmamalıdır.

Hazırda Parlamentin yaxınlığında yüzlərlə polis cəlb olunub.

Məlumat üçün bildirək ki, Parlamentin Hüquq məsələləri komitəsinin bu gün keçirilən iclasında “Xarici təsirin şəffaflığı haqqında” və “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihələrinin birinci oxunuşda müzakirəsi təmin edilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »