Rusiyada demoqrafik böhran – Əhali daha da azalacaq

0

Rusiyada demoqrafik böhran yaşanır. Son üç il ərzində ölkə əhalisi müharibə, xəstəlik və miqrasiya səbəbindən 2 milyon nəfər azalıb.

Bu barədə “Economist” jurnalında dərc olunan məqalədə qeyd olunub.

Məqalədə qeyd olunur ki, müharibə əhalinin azalmasının yeganə, hətta əsas səbəbi deyil. ancaq vəziyyətin daha pisləşməsinə səbəb olub.  Rusiyanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020 və 2021-ci illərdə ölkə əhalisinin ümumi sayı 1,3 milyon azalıb, ölənlərin sayı doğulanları 1,7 milyon nəfər üstələyib. Yəni, əhalinin azalması müharibədən əvvəl başlayıb.

Qərbin hesablamalarına görə, son bir ildə Rusiya 175-200 min əsgərini itirib (ölüb və ya yaralanıb). 500 min – 1 milyon arasında insan, əsasən gənc və təhsilli ruslar müharibəyə göndərilməkdən yayınmaq üçün ölkədən qaçıb. Rusiya Rabitə Nazirliyinin məlumatına görə, 2022-ci ildə informasiya texnologiyaları sahəsində çalışan işçilərin 10%-i ölkəni tərk edib. Ölkəni tərk edənlər əsasən kişilər olduğu üçün Rusiyada cinslər arasında balanssızlıq daha da pozulub. Qeyd olunur ki, 2021-ci ildə 18 yaşdan yuxarı hər 100 kişiyə 121 qadın düşürdü. Bu gün bu balanssızlıq daha da artıb.

Jurnal bildirir ki, Rusiyada demoqrafik böhranının kökləri 30 il əvvələ gedib çıxır. Ölkədə əhalinin pik sayı 149 milyonla 1994-cü ildə qeydə alınıb. 2021-ci ildə bu rəqəm 145 milyon olub (Rusiya əhalinin daha çox olduğunu bildirir, BMT ilhaq edilən Krımın 2.4 milyon əhalisini bu saya daxil etmir).

BMT-nin proqnozlarına görə, cari azalma davam edərsə, cəmi 50 il ərzində Rusiya əhalisi 120 milyon ola bilər. 1995-ci ildə dünyanın əhalisinə görə 6-cı böyük ölkəsi olan Rusiya 50 il sonra dünyanın 15-ci ölkəsi olacaq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »