DİN-dən “metroda terror olacaq” iddiasına REAKSİYA

0

Sosial şəbəkələrdə Bakı metrosunda terror aktının törədiləcəyi barədə səs yazısı yayılıb. Səs yazısında yaxın günlərdə metroda terror aktının baş verəcəyi iddia edilib və kimliyi bəlli olmayan şəxs vətəndaşları mümkün qədər metrodan istifadə etməməyə çağırıb.

Modern.az insanlar arasında təşviş yaradan səs yazısı ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənib.

DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev saytımıza açıqlamasında bildirib ki, sözügedən səsyazısı araşdırılır.

Qeyd edək ki, indiki həssas məqamda bu formada səsyazısının yayılmasının təxribat məqsədi daşıması şübhə doğurmur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »