Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasını tələb edib.
Bu barədə nazirlərin birgə bəyanatında qeyd olunub.
“Biz BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsi də daxil olmaqla, hərtərəfli islahat gündəliyi vasitəsilə BMT-nin gücləndirilməsinə sarsılmaz öhdəliyimizi bir daha təsdiqləyirik”, – nazirlər bildirib.
Bəyanatda qeyd edilib ki, dörd ölkə BMT Təhlükəsizlik Şurasının “daha effektiv, təmsilçi və etibarlı” olması məqsədilə islahatların aparılması üçün danışıqlar prosesində “aktiv və konstruktiv” iştirak etməyi öhdələrinə götürürlər.
69 baxış